İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq - Prezident İlham Əliyev
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı müvafiq komissiya vaxt itirməyəcək və iki ölkə arasında mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək". Bunu Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib. Otuz ilə yaxın davam edən işğal dövründə bu sərhədlərin tamamilə Ermənistanın nəzarəti altında olduğunu qeyd edən dövlət başçısı işğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq. Ona görə də uzunluğu 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq aktiv şəkildə işləməliyik. - deyə Prezident İlham Əliyev vurğulayıb.