İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat yoxdur
2020-10-30 18:06
İzmir şəhərində baş verən zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat daxil olmayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi İzmir valiliyi və Türkiyənin Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yaradır:"Bu xüsusda hər hansı əlavə məlumat olduğu zaman ictimaiyyətə məlumat veriləcək".
Nərgiz Camal