İzmirdə zəlzələ qurbanlarının sayı 49-a çatıb
2020-11-01 11:08
Türkiyənin İzmir şəhərindəki 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, xəsarət alanların sayı 896 nəfərdir. Dağıntıya məruz qalan 8 binada axtarış-xilasetmə işləri davam etdirilir. Hələ 30 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Nərgiz Camal