İzmirdə axtarış-xilasetmə işləri başa çatıb
2020-11-04 12:08
Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş vermiş 6.6 bal gücündə zəlzələdən sonra dağılmış 17 binanın sonuncusunda axtarış-xilasetmə işləri başa çatıb. Təbii fəlakət nəticəsində 114 nəfər həlak olub. Yaralanan 1035 nəfərin 898-i evə buraxılıb. 137 nəfər isə xəstəxanadadır.
Nərgiz Camal