İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 114 nəfərə çatıb
2020-11-04 10:09
İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 114 nəfərə çatıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, zəlzələ zamanı 1035 nəfər xəsarət alıb, onlardan 898-i artıq evə buraxılıb. 137 nəfər isə xəstəxanadadır. 17 binadan 15-də işlər tamamlanıb, qalan 2 binada axtarış-xilasetmə işləri davam edir.
Vəfa Şairova