İzmir şəhərində daha bir zəlzələ baş verib
2020-10-31 11:09
İzmir şəhərində daha bir zəlzələ baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına əsasən, 5 bal gücündə olan zəlzələ Egey dənizində, İzmirin Seferihisar qəsəbəsində meydana gəlib. Dünən İzmirdə 6,9 bal gücündə zəlzələ olub. Nəticədə 24 nəfər ölüb, 804 yaralı var.
Nərgiz Camal