İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb
2020-06-05 14:07
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumata görə, Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Nərgiz Camal