İyunun 6-da “potensial təhlükəli” kateqoriyasına aid edilən asteroid Yerin yaxınlığından keçəcək
2020-06-02 12:07
İyunun 6-da “potensial təhlükəli” kateqoriyasına aid edilən asteroid Yerin yaxınlığından keçəcək. NASA-nın məlumatına görə, diameteri 570 metrə çatan asteroid Yerə 5,1 milyon kilometr məsafədə keçəcək. Aprelin 29-da “potensial təhlükəli” hesab olunan asteroid planetin 6 milyon kilometr yaxınlığından keçmişdi. Ümumilikdə, Yerə təhlükəli yaxınlıqda hərəkət edən 25 minə yaxın asteroid mövcuddur.
Vəfa Şairova