İyunun 25 den baki fuzuli reysi istifadeye verilecek
2021-06-22 16:04
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin iyunun 25-də Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə istifadəyə verəcəyi reyslər şənbə günləri təşkil ediləcək. Sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də getmək mümkün olacaq.
Nərgiz camal