İyunun 23-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi iyunun 23-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək. İmtahanda iştirak etmək üçün 1036-sı Azərbaycan, 337 nəfəri isə rus bölməsi olmaqla, 1373 namizəd qeydiyyatdan keçib. Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlayıb, 2 saat 30 dəqiqə davam edəcək.
Zülfiyyə Telmanqızı