İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib
2021-06-17 18:13
İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib. Təhsil Nazirliyindən bildirilib ki, imtahanlar 18, 19 və 20 iyun tarixlərində davam edəcək. Qəbul imtahanlarında 20 minə yaxın şagirdin iştirakı gözlənilir. IV-VIII sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba, Şəmkir, Oğuz, Biləsuvar, Şamaxı, Ağdaş və Ağstafa rayonlarında da təşkil olunur.
Vüsalə camal