İyun ayına olan hava proqnozu açıqlanıb
2020-06-01 14:09
İyun ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.
Nərgiz Camal