İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib
2020-07-14 14:00
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.
Vəfa Şairova