İxtisas seçiminin müddəti uzadılıb
2020-10-02 18:04
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilir. Namizədlər bu dəqiqələrdən 5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, yeni yaranan vakant yerlər də elan olunacaq. Yalnız Bakı üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Fərid Mehdiyev