İxtisas seçimi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq
2020-09-24 10:04
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
Fərid Mehdiyev