İxtira adında xüsusi adlar, abreviaturalar, əmtəə nişanları, coğrafi göstəricilər və jarqonlardan istifadəyə son qoyuldu

2019-11-08 10:03

Azərbaycanda ixtira adında xüsusi adlar, abreviaturalar, əmtəə nişanları, coğrafi göstəricilər və jarqonlardan istifadəyə qadağa qoyulub. Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”i təsdiq edib. Bu Tələblər Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması üçün Əqli Mülkiyyət Agentliyinə verilən iddia sənədinə dair tələbləri müəyyən edir.

Vəfa Şairova