IX siniflərin buraxılış imtahanının nəticələri 4 həftə ərzində elan olunacaq
Martın 17-də keçirilən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Ötən gün imtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.
Fərid Mehdiyev