İtkin düşmüş şəxslər dəfn edilərkən beynəlxalq qanunvericiliyin tələbləri kobud şəkildə pozulub
İtkin düşmüş şəxslər dəfn edilərkən beynəlxalq qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. Baş Prokurorluğun şöbə rəisi Orxan Rzayev deyib ki, kütləvi məzarlıqlara baxış keçirilərkən insanların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyənləşib. Azad edilmiş ərazilərdən ən azı 608 nəfərə aid insan qalığı müəyyən edilib.
Vüsalə Cənnətova