İtkin düşmüş insanların axtarışı ilə bağlı Şuşa, Ağdam, Füzuli və Xocavənddə bir sıra tədbirlər həyata keçiriləcək
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş insanların axtarışı ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərin əsasən Şuşa, Ağdam, Füzuli və Xocavənd rayonlarında aparılması planlaşdırılıb. İlk olaraq, Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsinə aid 5 tam skelet, 2 insan qalıqlarına aid fraqment aşkarlanıb. Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov deyib ki, aşkar olunan 6 nəfərin cəsədi artıq identifikasiya prosesi üçün laboratoriyalara göndərilib.