İtkin düşmüş hesab olunan şəhidlərin qalıqları doğma yurdlarında dəfn olunub
Gəncədə naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Soltanovun meyitinin qalıqları Göyçay rayon Şəhidlər xiyabanında, İlqar Rəhimovun meyitinin qalıqları rayonun Müskürlü kəndində torpağa tapşırılıb. Nuhu Mustafayevin qalıqları Ağsu Şəhidlər xiyabanında, Vurğun Seyidovun qalıqları isə rayonun Kalva kəndinda dəfn olunub.
Vüsalə Cənnətova