İtkin düşmüş hesab olunan şəhidin meyitinin qalıqları ailəsinə təhvil verilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaza aparılaraq, ailəsinə təhvil verilib. Hörmət Baratov 1994-cü il aprelin 18-də Ağdamın Güllücə kəndində itkin düşüb. Şəhidimizin nəşi Nərəcan kəndində torpağa tapşırılacaq.
Vüsalə Cənnətova