İtkin düşmüş daha iki hərbi qulluqçumuzun meyitləri aidiyyəti üzrə təhvil verilib
2021-05-22 14:11
İtkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək nəşləri aidiyyəti üzrə verilib. Pərviz Nağıyev Tovuz şəhər, Qənbər Qənbərli Tərtərin Kəngərli kənd qəbirstanlığında torpağa tapşırılıb. Hərbi Prokurorluqdan bildirilib ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vüsalə Camal