İtkin düşmüş 7 hərbçinin axtarışları intensiv şəkildə davam etdirilir - Hərbi prokuror
2021-10-01 10:00
İndiyədək döyüş əməliyyatlarında həlak olmuş 2907 şəxsin, o cümlədən, həlak olaraq itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin tam müəyyən edilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub. Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, itkin düşmüş digər 7 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları hazırda intensiv işlər aparırlar.
Nərgiz camal