İtkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı davam etdirilir
Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir. Bunu Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin deyib. Komissiya sədri azad olunmuş ərazilərdə təhlükəsizliyin etibarlı təminatı məqsədilə də kəsərli tədbirlər görüldüyünü sözlərinə əlavə edib.