Canlı
İtkin düşən alpinistlərin hərəkət marşrutu yoxlanılıb, nəticə yoxdur

2018-01-12 / 09:24

İtkin düşən alpinistlərin hərəkət marşrutu, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb. Axtarış-xilasetmə işlərini Fövqəladə Hallar Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr aparır. 35 yaşlı Namin Bunyatov, 28 yaşlı Babur Hüseynov və 27 yaşlı Fəridə Cəbrayılzadə dekabrın 23-də Quba rayonunun dağlıq ərazisində itkin düşüb, dekabrın 27-dən başlayan axtarış-xilasetmə işləri hələlik nəticə verməyib.

Vəfa Şairova