İtaliyan futbolçu tarixi rekorda imza atıb
İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile A seriyasında tarixi rekorda imza atıb. 33 yaşlı hücumçu A seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu olub. İtaliya millisinin üzvünün “Salernitana” ilə oyunda penaltidən vurduğu top 100-cü səfər qolu kimi əlamətdar olub.
Fərid Mehdiyev