İtaliyanın "Yuventus" klubunun və Türkiyə millisinin futbolçusu oronavirusa yoluxub
2021-03-31 14:09
İtaliyanın "Yuventus" klubunun və Türkiyə millisinin futbolçusu Merih Demiral koronavirusa yoluxub. 23 yaşlı müdafiəçinin testi ötən həftə yığmanın düşərgəsində müsbət çıxıb. Komandanın heyətində daha 3 oyunçuda infeksiya aşkarlanıb, lakin həmin şəxslərin adları açıqlanmayıb. Merih Demiral Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsindəki ilk 3 oyununu buraxıb.
Nərgiz Camal