İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil
2020-04-11 16:05
İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil. 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmağa hazırlaşır. Karyerasında bir çox uğura imza atan Canluici Buffon "Yuventus"un heyətində 3 dəfə Çempionlar Liqasında final oynasa da, kubok qazana bilməyib.
Vəfa Şairova