İtaliyanın "Yuventus" klubu futbolçusu Paulo Dibalanın müqaviləsini yeniləməmək qərarına gəlib
2021-04-06 12:10
İtaliyanın "Yuventus" klubu futbolçusu Paulo Dibalanın müqaviləsini yeniləməmək qərarına gəlib. Turin təmsilçisi 28 yaşlı hücumçuya etdiyi təklifi geri götürüb. Argentinalı oyunçu illik 10 milyon avro qazanmaq şərti ilə komandada qalmaq istəyir. Dibala 2015-ci ildən "Yuventus"un formasını geyinir. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Vüsalə Camal