İtaliyanın "Napoli" futbol klubu "Barselona"nın fransalı müdafiəçisi Samuel Umtitini qiymətinə görə almaqdan imtina edib
2020-04-27 10:08
İtaliyanın "Napoli" futbol klubu "Barselona"nın fransalı müdafiəçisi Samuel Umtitini qiymətinə görə almaqdan imtina edib. "Barsa" fransız oyunçunun komandada qalmaq arzusunu dəfələrlə bildirməsinə baxmayaraq Umtitini transferə çıxarıb. Klubun maddi sıxıntı yaşadığı və müdafiəçinin satışından 50 milyon avro qazanmaq istədiyi qeyd olunur. Koronavirus pandemiyası səbəbindən hazırda oyunçulara olan tələbat düşür, buna görə daha əvvəl 26 yaşlı oyunçuya maraq göstərən "Napoli" bu qiymətin həddindən artıq baha
olduğunu düşünür.
Fərid Mehdiyev