"İtaliyanın "La Republica" qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır
2020-11-06 10:04
"İtaliyanın "La Republica" qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Sərhədsiz Reportyorlara, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir", - deyə Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" hesabında bildirib.
Nərgiz Camal