İtaliyanın Baş naziri İlham Əliyevə təşəkkür edib
SOCAR İtaliyada törəmə şirkətinin yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətini məhdudlaşdırmaq qərarına gəlib.İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, SOCAR-ın bu addımı ölkədə yanacaq xərclərinin azaldılmasına və ailələrə dəstəyə töhfə verəcək.Meloni qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür edib.SOCAR daha əvvəl açıqlamışdı ki, qiymət həddi İtaliyadakı təchizat zəncirinin davamlılığı nəzərə alınmaqla müəyyənləşdiriləcək.Qiymət məhdudiyyətləri mərhələli şəkildə tətbiq olunacaq.
28 sentyabr 2026

