İtaliyanın aparıcı mətbuat orqanlarında Azərbaycan səfirinin video müsahibəsi yayımlanıb
2021-10-07 10:00
30 il sonra ilk dəfə bu il müstəqilliyimizin ildönümünü torpaqlarımızın işğaldan azad olunması şəraitində qeyd edəcəyik. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin aparıcı mətbuat orqanları tərəfindən yayılan video müsahibəsində müstəqilliyinin ilk illərində Azərbaycanın Ermənistanın hərbi işğalına məruz qaldığı və buna ötən il Vətən müharibəsində son qoyulduğu qeyd olunub. Ermənistana suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazılığı çərçivəsində sülh müqaviləsi imzalamaqla bağlı təklif edildiyi vurğulanıb.
Fərid Mehdiyev