İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqaviləni uzadacaq
2020-04-09 10:07
İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqaviləni uzadacaq.Argentinalı hücumçu ilə danışıqların ilkin mərhələsi müsbət nəticələnib.Turin təmsilçisi futbolçunu heyətdə saxlamaq üçün Dibalanın maaşını artırmalı olub. Cənubi amerikalının bonuslarla birlikdə illik qazancı 12 milyon avro təşkil edəcək. 2022-ci ilin yayında başa çatacaq əvvəlki müqaviləyə əsasən isə bu rəqəm 11 milyondur.
Fərid Mehdiyev