İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçin cəzası bəlli olub
2021-04-13 18:09
İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçin cəzası bəlli olub. İsveçli hücumçu 1 oyunluq diskvalifikasiya edilib. Buna səbəb futbolçunun “Parma” ilə görüşün hakimi Fabio Mareskanı təhqir etməsidir. O, yalnız növbəti turu buraxacaq. Zlatan 5 min avro cərimə də ödəyəcək. “Milan” A seriyasının növbəti turunda “Cenoa” ilə qarşılaşacaq.
Fərid Mehdiyev