İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün sərbəst güləşçilərin xalça üzərinə çıxacaq
2020-02-14 12:07
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün sərbəst güləşçilərin xalça üzərinə çıxacaq. Növbəti yarış günü 5 çəki dərəcəsi üzrə yarış olacaq. Azərbaycan millisinin üzvlərindən 57 kq-da Əfqan Xaşalov, 65-də Əli Rəhimzadə, 70 kq çəkidə Ağahüseyn Mustafayev, 79 kq-da Cəbrayıl Həsənov və 97-də Nurməhəmməd Hacıyev finala vəsiqə qazanmaq üçün bacarığını ortaya qoyacaq.
Vəfa Şairova