İtaliya A seriyasında 28-ci turun ilk günündə bir qarşılaşma keçirilib
2020-06-27 12:09
İtaliya A seriyasında 28-ci turun ilk günündə bir qarşılaşma keçirilib. Son çempion “Yuventus” “Leççe”ni qəbul edib. Turin təmsilçisi autsayderlər qrupunda yer alan rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Fasilədən sonra 4 qol vuran “ağ-qaralar” darmadağınla liderliyini möhkəmlədib.
Fərid Mehdiyev