İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossi vəfat edib
2020-12-10 10:01
İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossi vəfat edib. Keçmiş hücumçu 64 yaşında dünyasını dəyişib. Onun ölümünə ağciyər xərçəngi səbəb olub. Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.
Fərid Mehdiyev