İtaliya mətbuatı Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasətindən yazıb
2020-09-16 10:00
İtaliyanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistanın son günlərdə xüsusilə Livandan ermənilərin bu torpaqlara köçürülməsini həyata keçirməsi haqqında yazılar dərc edilib. Yazılarda Ermənistanın Livanda baş verən partlayışdan özünün mənfur məqsədləri üçün sui-istifadə etdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin əslində demoqrafik vəziyyəti dəyişdirmək məqsədi daşıdığı bildirilir.
Fərid Mehdiyev