İtaliya kubokunun finalı azarkeşlər önündə keçiriləcək
2021-04-30 14:10
İtaliya kubokunun finalı azarkeşlər önündə keçiriləcək. A seriyasının prezidenti Paolo dal Pino bildirib ki, “Atalanta” və “Yuventus” arasında qarşılaşmaya tamaşaçılar da buraxılacaq. Qurum başçısı bunun üçün hökumətdən icazə alındığını qeyd edib. Final oyunu mayın 19-da “Mapey” stadionunda keçiriləcək.
Fərid Mehdiyev