İtaliya Futbol Federasiyası koronavirus pandemiyası üzündən dayandırılan ölkə çempionatı ilə bağlı yeni qərar qəbul edib
2020-05-21 10:07
İtaliya Futbol Federasiyası koronavirus pandemiyası üzündən dayandırılan ölkə çempionatı ilə bağlı yeni qərar qəbul edib. Federasiya, A seriyası və digər turnirlərin rəhbərləri belə qərara gəliblər ki, mövsüm yenidən dayansa, qısa pley-off şəklində başa çatdırılsın. Yüksək yerlərdə qərarlaşanlar mükafatçıları, aşağı pillələrdəkilər isə liqanı tərk edən komandaları pley-offda müəyyənləşdirəcək. Əgər pley-offun keçirilməsi də mümkün olmasa, yerlər xüsusi əmsallarla müəyyənləşdirilməsi də qərara alınıb.
Fərid Mehdiyev