Canlı
İtaliya Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün Minsk qrupunu dəstəkləməyə davam edəcək

2018-01-12 / 09:23

İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək. ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano Vyanada ATƏT Daimi Şurasında deyib ki, bütün həll olunmamış münaqişələrə diqqət yüksək və dəyişməz olaraq qalacaq: "İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur ki, bu, əsas prinsiplərdən biridir".

Vəfa Şairova