İt 1 nəfəri parçalayıb, 2 nəfəri yaralayıb
Masallının Viləş kəndinda, örüş sahəsində yerli sakin Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itin hücumuna məruz qalıb. İtin C.Fərəcovun bədəninin müxtəlif nahiyələrindən dişləməsi nəticəsində həmin şəxs ölüb. İt həmin vaxt orada olan Elməddin Məmmədov və Musa Kazımova hücum edib. Həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova