İsveçrədə Ermənistanın Azərbaycana raket hücumlarına etiraz edilib
2020-10-30 11:06
İsveçrədə yaşayan soydaşlarımız erməni təxribatına və işğalçı Ermənistan ordusunun ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrədə dinc aksiya keçiriblər. Terror qurbanlarının şəkilləri önünə güllər düzülüb. “Erməni işğalına son!”, “Biz terrora yox deyirik!” kimi şüarlarının əks olunduğu plakatlar qaldırılıb, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar erməni terroruna son qoymağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırılıb.
Vüsalə Camal