İsveçrə səfiri Gəncədə səfərdədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsveçrə səfiri Tomas Ştəli ilə görüşüb. Görüş zamanı şəhərin tarixi, mədəni, iqtisadi və sənaye potensialı barədə məlumat verilib, o cümlədən “Gəncə Avtomobil Zavodu”, “Azəralüminium” MMC və digər iri müəssisələr təqdim olunub. Səfir Tomas Ştəli əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib və “Azəralüminium” MMC-yə ziyarət edəcəyini bildirib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
27 fevral 2026

