İsveçin paytaxtı Stokholmda Ordumuza dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub
2020-11-01 12:06
İsveçin paytaxtı Stokholmda Ordumuza dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub. Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilən 40-a yaxın müxtəlif növlü nəqliyyat vasitəsi Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib. Avtomobillər üzərində “Qarabağ Azərbaycandır!” şüarı da yerləşdirilib. İştirakçılar yerli ictimaiyyətin diqqətini Azərbaycanın haqlı mövqeyinə yönəltməyə çalışıblar.
Fərid Mehdiyev