İstixanada narkotik yetişdirən Şəmkir sakini saxlanılıb
2021-05-18 12:05
Polis saxlanılan Şəmkirin Qaracaəmirli kənd sakini Nicat Hüseynova məxsus həyətyanı sahəsindəki istixanadan 31 ədəd, ümumi çəkisi 14 kq 850 qram olan çətənə kolu aşkar edib. Yardımçı tikilidən qurudulması üçün sərilən 30 ədəd, ümumi çəkisi 3 kq 750 qram olan çətənə kolu götürülüb. Şəkinin Baş Göynük kəndində də yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Çəkisi 1 ton 500 kiloqram olan 17 880 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Nərgiz camal