İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

2019-08-10 15:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncə-Qazax bölgəsində hava yağmursuz keçəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 30-35, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Fərid Mehdiyev