Canlı
İstintaq təcridxanasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

2018-11-07 / 12:07

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında psixotrop və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Məhkum Mürvət Rzayevin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt;n Köhnə Corat qəsəbə sakini Sənan Abdullayevin üzərinə baxış keçirilən zaman ayağında olan bint sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bükümdən çəkisi 0,050 qram psixotrop preparat - metamfetamin, 0,831 qram heroin və 1,726 qram tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə