Canlı
İstifadəyə yararsız 1 ton at ətini satmaq istəyən şəxs saxlanıldı

Yevlax rayon sakini Rəmzi Həsənov 1 ton istifadəyə yararsız at ətini satmaq istəyən zaman saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında tutulan şəxsin Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satışa çıxarmaq istədiyi ortaya çıxıb. Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Vəfa Şairova